Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər Unudulmur” adlı tədbir keçirilib.

26.09.2023

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət evində Qaraçinar,  Şəfəq, Zeyvə, Qarqucaq, Səfikürd kənd Mədəniyyət evləri və Veyisli kənd Sənətkarlıq Klubunun birgə təşkilatçılığı ilə 27 sentyabr Anım Günü ilə bağlı "Şəhidlər Unudulmur" adlı tədbir keçirilib.
 Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Məmmədov, Goranboy rayon Statiska İdarəsi, Rayon Mədəniyyət Mərkəzi , İctimaiyyətçilər, Qaraçinar Kənd İcra Nümayəndəsi , Birinci Qarabağ Mügaribəsi və Vətən Müharibəsi şəhidlərimizin ailələri, qazilər, Səfikürd və Qaraçinar kənd tam orta məktəblərin kollektivi məktəblilər iştirak ediblər. 
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
Tədbiri giriş sözü ilə açan Mədəniyyət işçisi şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib və keçirilən tədbir haqqında geniş məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsinin və uzun illər davam etmiş bu ədalətsizliyə son qoyulmasının xalqımızın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar. Bu salnamənin 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və işıqlı gələcəyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onların şücaətinin hər zaman dərin minnətdarlıq hissi ilə anılacağını bildirib.
Tədbirdə çıxış edən şəhid atası Muğan Şirinov və Taryel Aslanov Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib. 
Ölkədə Anım Gününün qeyd olunması Şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.
Çıxış edən Mədəniyyət işçiləri və Goranboy Rayonu Qaraçinar Məktəbinin təşkilatçı müavini  Azərbaycanın müasir tarixində çox önəmli yer tutan 27 Sentyabr – Anım Gününün zəfər qürurunu bizə yaşadan şəhidlərimizin xatirəsinə həsr olunduğunu, onları əbədi yaşatmaq üçün təsis olunduğunu diqqətə çatdırıb.
Sonra tədbir Rayon Mədəniyyət Mərkəzinin əməkdaşının ifasında davam etdirilərək ədəbi bədii kompozisiya nümayiş olunub. 
Məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

 

188.4 KB

 

206.6 KB