Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Güclü iqtisadiyyat güclü ordunun təməlidir! ”adlı seminar keçirilib

24.09.2023

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində 20 sentyabr "Əsrin müqaviləsi" nin bağlanması ilə əlaqədar "Güclü iqtisadiyyat güclü ordunun təməlidir! " mövzusunda Samux şəhər 1 nömrəli məktəb liseyin şagirdlərinin, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ziyadlı kənd filialinin iştirakı ilə seminar keçirilib.

Tədbirin qonaqları Gəncə Dövlət Universitetinin baş müəllimi, tarixçi alim Bəxtiyar Məhərrəmov (Çələbi), həmçinin Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova olmuşdur. 
Tədbir vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. 
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru  "Əsrin müqaviləsi" nin bağlanmasından, Samux RİH müavini Kəmalə Xəlilova haqqında danışılan müqavilənin xalqın tarixində oynadığı mühüm rolundan ətraflı məlumat verdilər. 
Tarixçi alim Bəxtiyar Məhərrəmov "Əsrin müqaviləsi" nin bağlanmasında Heydər Əliyevin rolu, ölkənin iqtisadiyyatının dirçəldilməsi üçün atdığı qəti addımlar, yenidən, daha güclü ordunun qurulması, müdafiə sənayesinin inkişafı üçün görülən nəhəng işlərindən, 44 günlük l Qarabağ savaşında şanlı ordumuzun tariximizə Zəfər yazmasılmasında ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olması haqqında geniş nitq söylədi. Seminar disskusiya şəklində davam etdirilib

 

302.9 KB