Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Mərkəzi Kitabxanasında publisist, dramaturq Ofelya Mədətqızı Xəlilovanın “Qeybdən gələn işıq” kitabının təqdimatı keçirilib

21.09.2023

Gəncə-Daşksən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın xidmət şöbəsində şair, publisist, dramaturq Ofelya Mədətqızı Xəlilovanın “Qeybdən gələn işıq” kitabının təqdimat mərasimi keçirilib.
     İlk olaraq Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri publisist-dramaturq, şair Ofelya Mədədtqızı açaraq müəllifi olduğu 8 kitabından danışdı və tədbirin təçkilatçılarına təşəkkürünü bildirdi. 
Ofelya Mədətqızını yeni nəşr olunmuş kitabı münasibətilə AYB Gəncə bölməsinin sədri, şair,dramaturq Xəzangül Hüseynova başda olmaqla bir çox yazıçılar birliyinin üzvləri, şairlər, yazıçılar, kitabın redaktoru, yeni kitabda yaradıcılıqları, insani keyfiyyətləri ilə yer alan Gəncənin tanınmış şairləri, yazıçıları, mədəniyyət xadimləri və yaxın qohum və dostları tədbirdə iştirak ediblər. 
Tədbirdə həmçinin Gəncə Dövlət Kukla teatırının aktyorlarının və müəllifin özünün ifasında Ofelya Mədətqızının “Qələbə bizimdir”, “Qeybdən gələn işıq”, “Mənə əlil deməyin”, “Gəncə” kimi dəyərli şeirləri ifa olundu. Ofelya Mədəqtızına həsr edilmiş videoçarx iştirakçılara təqdim olundu. 
Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov sonda çıxış edərək Mədəniyyət İdarəsinin rəisinə, həmçinin Mərkəzi kitabxananın kollektivinə, bütün iştirakçılara təşkilatçılıq və iştirak üçün öz minnətdarlığını bildirdi. 
    Müəllif Ofelya Mədətqızı iştirakçılara təqdimatı keçirilən “Qeybdən gələn işıq” kitabını hədiyyə etdi. Sonda xatirə şəkli çəkildi. Tədbir yerli Kəpəz kanalı vasitəsilə işıqlandırıldı.

 

123.8 KB