Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbində Heydər Əliyev ili çərçivəsində “ 18 sentyabr Milli Musiqi Günü” ilə əlaqədar “ Mədəniyyətə bağlı ömür” adlı məktəbin açılış konserti keçirilib

19.09.2023

18 sentyabr 2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbində  Heydər Əliyev ili çərçivəsində “ 18 sentyabr Milli Musiqi Günü” ilə əlaqədar “ Mədəniyyətə bağlı ömür” adlı məktəbin açılış konserti keçirildi.
     Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Pərvin Kazımov, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova və digər idarə, təşkilat rəhbərləri iştirak edirdi.
    Öncə  torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1( bir) dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
  Tədbirdə Ulu Öndər Heydər Əliyevin  dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında söylədiyi fikirlər səsləndirildi.
   Məktəbin şagird və müəllim kollektivindən ibarət  musiqi nömrələrindən ibarət konsert proqramı tamaşaçılara təqdim edildi.            
Konsert proqramının sonunda Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Pərvin Kazımov çıxış edərək öz səmimi sözləri ilə kollektivi təbrik etdilər  və yeni-yeni naliyyətlər arzuladılar.

 

398.3 KB

 

295.7 KB