Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrlərin yadigarı milli musiqimiz” mövzusunda ədəbi-bədii gecə keçirilib

18.09.2023

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı 18 Sentyabr Milli Musiqi Günü münasibətilə “Əsrlərin yadigarı milli musiqimiz” mövzusunda ədəbi-bədii gecə keçirib. Tədbirdə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 3 nömrəli Gəncə Peşə liseyinin müəllim və tələbə kollektivi, Gəncə şəhər 42 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı 18 Sentyabr Milli Musiqi Günü münasibəti ilə qonaqları təbrik edib, bu günün tarixi haqqında ətraflı məlumat verib. Tədbirdə mövzu ilə əlaqədar çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günün qeyd edilməsi sadəcə, musiqisevərlərin yox, həm də xalqımız üçün böyükbayramdır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi
bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu"professional Şərq musiqisinin atası" adlandırıblar. Tədbir boyu Gəncə şəhər 42 nömrəli tam orta məktəbin şagirdləri Üzeyir Hacıbəyovun “Arşın mal alan”, “O, olmasın bu olsun” operettalarından səhnələr, “Sevgili canan” romansını, “Çırpınırdı Qara dəniz” mahnısını, “Uzundərə” xalq rəqsini və sazda “Darçını” rəqsini ifa ediblər.

 

176.2 KB

 

89.5 KB