Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Milli Musiqi günü”nə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

18.09.2023

18 sentyabr Gəncə şəhər Uşaq İncəsənət məktəbində "Milli Musiqi günü"nə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi.

Tədbirdə "Gəncə Qöncələri" mahnı və rəqs ansamblı müxtəlif ifalar nümayiş etdilər. Tədbiri ilk öncə Vətən uğrunda şəhid olmuş Azərbaycan övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi. 

İştirakçılar Azərbaycan xalq musiqi nümunələrindən musiqilər ifa etdilər. Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində Azərbaycan incəsənətini ən dəyərli inciləri hesab olunan "Sevgili canan", "Sənsiz" romanslari ifa olundu. "Arşın mal alan" musiqili komediyasından səhnəciklər təqdim olundu.  "Ulduz" kinofilmindən ən maraqlı parçalardan ibarət səhnələr göstərildi. Məktəbin balaca qiraətçiləri Azərbaycan haqqında şeirlər səsləndirdilər.

Uşaq Incəsənət Festivalının laureatlarının 1-ci, 2-ci yerlərin qaliblərinin çıxışları xüsusi ilə maraqla qarşılandı. Məktəbin xoreoqrafiya şöbəsinin şagirdlərinin milli rəqs nümunələrindən ibarət cıxışları qonaqlar tərəfindən xüsusi alqışlara laiq görüldü. Qədim xalq yaradıcılıgına məxsus aşıq musiqisinə aid ifalar da məktəbin saz şöbəsinin şagirdləri tərəfindən ifa olundu. Tədbiri xanəndə şöbəsinin şagirdlərinin ifasında "Yaşa Azərbaycanım" mahnısı ilə yekunlaşdı. 

 

274.4 KB

 

286 KB