Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində ”15 sentyabr Bilik günü və 18 sentyabr Milli musiqi günü” ilə əlaqədar konsert kecirilib.

16.09.2023

15 sentyabr Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi  Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində "15 sentyabr Bilik günü və 18 sentyabr Milli musiqi günü" ilə əlaqədar konsert kecirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə etdi. 

Tədbir zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Ü. Hacıbəyli milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir.
Sonra tədbir musiqi məktəbinin şagirdləri və müəllim kollektivinin ifasında maraqlı konsert proqramı ilə davam etdi.

 

141.3 KB

 

142.5 KB