16.09.2023
Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı 15 Sentyabr Bilik Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirib.
Tədbirdə Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Mərkəzin əməkdaşı şagirlərə Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı 15 Sentyabr Bilik günü münasibəti ilə müəllim və şagirdləri təbrik edib, bu günün tarixi haqqında ətraflı məlumat verib.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları və Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin “Tərəqqi” medallı, “Əməkdar müəllim” Gülşən Sadıxova öz çıxışlarında qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bütün sahədə olduğu kimi təhsilin inkişafı istiqamətində də görülən işlərin müsbət nəticələri göz önündədir. Çıxışçılar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıblar. Onlar öz çıxışlarında təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini, təhsildə qazanılan uğurları diqqətə çatdırıblar.