Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

II Qarabağ Müharibəsi şəhidləri Rəşad Ələkbərov və Rəşad Məmmədovun ailələri ilə görüş təşkil edilib.

14.09.2023

13 Sentyabr 2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Xidmət şöbəsində II Qarabağ Müharibəsi şəhidləri Rəşad Ələkbərov və Rəşad Məmmədovun ailəsi ilə görüş təşkil edilib.
    İlk olaraq şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə şəhid anaları , şəhidlərin uşaqlıq dostları, iş yoldaşları və  qonşuları şəhidlərlə bağlı xatirələrindən, onların uşaqlıq illərindən, mərdliyindən, vətən sevgisindən söhbət açdılar.
Tədbirdə həmçinin I və II Qarabağ müahribəsi qaziləri, AMEA Gəncə Bölməsinin Filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, AYB-nin Gəncə bölməsinin şair və yazıçıları Aləmzər Əlizadə, Almaz Yusifqızı, şair-nasir, publisist Qərib Mehdi iştirak etdilər. Onlar  Qarabağ savaşından, o qanlı illərin acınacaqlı günlərindən, vətən torpağı uğrunda canlarından keçən igid oğul və qızlarından, vətənin müdafiəsinə qalxan qəhrəman və igid şəhidlərin şücaət və mərdliyindən söhbət açdılar.
          Tədbirdə şəhidlərə həsr olunmuş videoçarx nümayiş olundu.

 

331.2 KB

 

304.9 KB