Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə Xalq artisti, professor Mobil Əhmədovun xatirəsinə həsr olunmuş “Ustadın yolu ilə” adlı konsert proqramı keçirilib

13.09.2023

10 Sentyabr 2023-cü il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, professor Mobil Əhmədovun əziz xatirəsinə həsr olunmuş “Ustadın yolu ilə” adlı konsert proqramı keçirilib. Konsert proqramı Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub. 

Konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri, Mobil Əhmədovun ailə üzvləri və şəhər ictimaiyyəti tamaşaçı qismində iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gecəni giriş sözü ilə açan Əməkdar artist Ramil Qasımov ustadı Mobil Əhmədovla bağlı xatirələrini bölüşüb, onun yaradıcılığından bəhs edib.

Daha sonra Xalq artisti, dirijor Rafael Bayramovun rəhbərlik etdiyi Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin və “Xəmsə” estrada ansamblının müşayiəti ilə Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər İnarə Babayeva, Nərgiz Əliyeva və Ramil Qasımov tərəfindən bir-birindən maraqlı əsərlər ifa olunub.

Sonda Xalq artisti Mobil Əhmədovun qızı Nigar Əhmədova gecənin təşkilində əziyyəti keçən bütün iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib.

 

269.2 KB

 

342 KB

 

337.8 KB