Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı tədbir keçirilib.

05.09.2023

“Heydər Əliyev İli” ilə əlaqədar Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin tabeliyində kənd və qəsəbələrdə fəaliyyət göstərən Qazanbulaq, Borsunlu, Qaradağlı kənd Mədəniyyət Evləri, Veyisli, Kələk, Şıxlar, Qazançı, Nadirkənd, Həmənli, Qarasuçu, Qırıxlı, Şəhər bir və iki saylı Klubların Tədbirlər Planı çərçivəsində Goranboyda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə "Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" adlı tədbir keçirilib.

Keçirilən tədbirdə Mədəniyyət işçiləri, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı Rüstəm Məmmədov, Dövlət İdarələri və İctimai Xidmət İşciləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Fizuli Almuradov və İctimaiyyət nümayəndələri iştrak etmişdir.

Tədbir iştrakçıları əvvəlcə Goranboy rayonunun mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət oedib, önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Goranboy rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevin Goranboy rayonuna olan tarixi səfərlərini əks etdirən fotoşəkillərin nümayişi olub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin təşkilatçısı, Mədəniyyət işçisi Elçin Tağıyev müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə ilə çıxış edib.

YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov çıxış edərək qeyd edib ki, müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. O bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar partiyamız tərəfindən keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müdrik dövlət xadiminin dövlətçilik irsinin və ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir.

Fizuli Almuradov çıxış edərək qeyd edib ki, həm sovetlər birliyi dönəmində, həm də müstəqilliyin bərpasından sonra Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin edib.

Ümummilli Liderimizin layiqli davamçısı olan cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra keyfiyyətcə yeni mərhələ başlanıb, yeni tarixi nailiyyətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan qalib ölkəyə çevrilib.

F. Almuradov vurğulayıb ki, Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.

Çıxış edən Rüstəm Məmmədov “Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq” deyə bildirib.

Çıxış edən Mədəniyyət işçilərindən Dilbazi Əliyeva , Nazilə Kazımova, Mahirə Ərcüməndi və Elnara Albabayeva qeyd ediblər ki, Azərbaycanın və böyük Türk dünyasının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub. Bütün sahələrdə olduğu kimi Heydər Əliyevin Mədəniyyət sahəsinədə böyük diqqəti və qayğısı olmuşdur.

Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir.

Geniş çıxışdan sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Əsrin adamı” sənədli filminin nümayişi olub.

 

156.8 KB

 

184.6 KB