Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu Öndər Heydər Əliyevin əvəzsiz milli irsi” mövzusunda tədbir keçirilib. 

31.08.2023

“Heydər Əliyev İli” çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyevin əvəzsiz milli irsi” mövzusunda tədbir keçirilib. 
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri, gənclər iştirak ediblər.
Öncə Mərkəzin ekspozisiya zalında Ulu Öndərin şərəfli ömür yolunu özündə əks etdirən fotolara baxış keçirilib.Dəyirmi masa ətrafında davam edən tədbirdə çıxış edən Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında geniş məlumat verib. Ölkəmizin bütün sahələr üzrə intibahının yaşandığı bu illərin müasiri olmağın xoşbəxtlik olduğunu iştirakçıların diqqətinə çatdırıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun daha da artdığını vurğulayıb. 
Digər çıxış edənlər ölkəmizdə Heydər Əliyev siyasətinin mahir davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin ən qüdrətli mərhələsinin yaşandığını qeyd ediblər. Həmçinin "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərin Ulu Öndərin ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

85.8 KB

 

71.4 KB