Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində Gəncə ədəbi mühitinin görkəmli nümayəndələrindən biri şair Zaur Quliyev ilə görüş keçirilib.

15.08.2023

Avqustun 15-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində Gəncə ədəbi mühitinin görkəmli nümayəndələrindən biri 11 kitab, 18 pyes və 300-dən çox şeir müəllifi şair Zaur Quliyev ilə görüş keçirilib.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov şairə yaradıcılığında uğurlar arzu edib.

Daha sonra mədəniyyət sahəsində 50 illik fəaliyyətinə görə şair Quliyev Zaur İlyas oğlu Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Adil Kərimli tərəfindən imzalanan fəxri fərmanla təltif olunub.

Keçirilən görüşdə qeyd olunub ki, qədim ənənələrə söykənən zəngin Gəncə ədəbi mühiti günümüzdə də görkəmli yazıçı və şairlərin əsərləri ilə oxucuları sevindirir.

 

1.9 MB

 

4.5 MB