Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” adlı yay düşərgəsi təşkil olunub

15.08.2023

Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir.Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” adlı yay düşərgəsi təşkil olunub.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, şəhər Heydər Əliyev Mərkəzinin direktoru, Uşaq Səfirlər Məclisinin Naftalan üzrə nümayəndələri, şəhid və qazi övladları, məktəblilər iştirak ediblər.

Yay düşərgəsinin təşkil olunmasında əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması ilə yanaşı Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etmək, yeniyetmə və gənclərin bilik və bacarıqlarının artırılması, dostluq və vətənpərvərlik hislərinin aşılanmasından ibarətdir.

İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar.

Düşərgədə Ulu Öndər Heydər Əliyevin uşaqlar haqqında səsləndirdiyi qiymətli fikirləri özündə ehtiva edən videoçarx nümayiş olunub, iştirakçılar arasında intellektual yarış keçirilib, həmçinin uşaqlar, yeniyetmə və gənclər müxtəlif istiqamətlərdə bacarıqlarını nümayiş etdiriblər.

 

83.6 KB

 

80.4 KB