Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

05.08.2023

04 .08.2023- cü il tarixdə Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemində Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.
Görüş şairin həyat və yaradıcılığı haqqında video çarx nümayişi ilə başladı: "Qəşəm Nəcəfzadənin indiyə kimi qırx şeir  kitabı çap olunub və bu kitablardan on səkkizi dünya ölkələrində işıq üzü görüb. 
Tədbirdə  Qəşəm Nəcəfzadə  özünün yaradıcılığında insan həyatına, vətənə, vətənin dünəninə, bu gününə və sabahına  44 günlük Vətən müharibəsinə, şəhidlərimizə və qazilərimizə  həsr edilmiş şeirlərini oxudu və oxucuların suallarını cavablandırdı.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Gəncə filalının sədri şair Xəzangül Hüseynova, yazıçı Qərib Mehdi, şairlərdən Sahib İbrahimli, Saleh Qurbanov, İnqlab İsaq, Zahir Şrani, Elton Türkel, şair – publisist  Bəxtiyar Muradov , Gəncə Dövlət Universitetinin “Yüksəliş” 
qəzetinin müxbiri Firəngiz İdris qızı , Gülnarə Sadiq, şairə Zülfiyə, Minayə  Abdulayeva  şairin yaradıcılığı haqqında söhbət açıblar. Sonda kitabxana rəhbərliyi şair Qəşəm Nəcəfzadəyə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

 

250.4 KB