Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim ana dilim-keçmişim, ulum” başlığı altında sual-cavab gecəsi təşkil edilib

01.08.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 01.08.2023- cü il tarixində 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan-dili günü ilə əlaqədar “Mənim ana dilim-keçmişim, ulum” başlığı altında sual-cavab gecəsi təşkil etdi. Tədbirdə kitabxananın fəal oxucuları iştirak etdi. Tədbiri aparan şöbənin baş kitabxanaçısı qeyd etdi ki, 2001- ci il 9 avqust ulu öndər Heydər Əliyevin imzladığı fərmana əsasən, hər il 1 avqust ölkədə “Azərbaycan əlifbası və Azərbaycan-dili günü” kimi qeyd edilir. Bildirdi ki, ana dilimizin hər tərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı hazırlanan suallar verildi və tədbir diskusiya şəklində davam etdi. 

 

253.5 KB