Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniya bəşəriyyət üçün böyük təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib

31.07.2023

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon təşkilatının, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə "Narkomaniya bəşəriyyət üçün böyük təhlükədir" mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirdə gənclər və məktəblilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon təşkilatının sədri Həbib Misirov tədbirin əhəmiyyətindən bəhs edərək əsas məqsədin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanı, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini önə çəkmək olduğunu qeyd edib. O, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib.

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər sektorunun müdiri Musa Məmmədov, sektorun baş məsləhətçisi Hikmət Şahmuradov və digər çıxışçılar narkomaniya ilə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat veriblər. Ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini bildiriblər. Narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildiriblər. Sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmaları tövsiyə edilib.

 

335.3 KB