Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı keçirilib

31.07.2023

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 28.07.2023-cü il tarixində "Gəncə şəhər 46 nömrəli körpələr evi - uşaq bağçası"nda nağıl saatı təşkil etdi. Tədbiri aparan şöbənin multimedia mütəxəssisi uşaqlara kitabxananın fondunda olan “Bülbülün nağılı” hekayəsini oxudu. Bu ibrətamiz hekayədən uşaqlara azadlıq hissinin ən böyük sərvət olduğu aşılandı. O qeyd etdi ki, insan azad deyilsə, əhatə olunduğu cah-cəlal ona xoşbəxtlik gətirə, qəlbini şad edə bilməz. Əksinə öz evində, obasında azad, sərbəst yaşayan insan hər zaman xoşbəxtdir. Maraqlı keçən nağıl saatının sonunda uşaqların sualları ətraflı şəkildə cavablandırıldı.

 

3.4 MB