Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət məktəbinin təsviri incəsənət şagird kollektivi sərgi təşkil edib

29.07.2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Uşaq İncəsənət Festivalının l və ll turunda uğur qazanan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq İncəsənət məktəbinin təsviri incəsənət (rəssamlıq) şagird  kollektivi  27.07.2023-cü il tarixdə Gəncə şəhər Heydər Əliyev Mərkəzində sərgi təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Pərvin Kazımov açaraq tədbir iştirakçılarını salamladı. Daha sonra müsabiqədə uğur qazanan şagirdləri təbrik etmiş və uğurlar arzu etmişdir.

Tədbirdə İncəsənət məktəbinin vokal şöbəsinin 3-cü sinif şagirdi Oruclu Əmirxan və Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi məktəbinin qızlardan ibarət kanon ifaçıları ansamblı  Azərbaycan və xarici ölkə bəstəkarlarının rəngarəng əsərləri və rəqs nömrələrini ifa etmişlər.

 

143.8 KB