Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Üzeyir musiqisinin işığında

18.09.2018

Gəncə şəhər MKS-nin Musiqi-not fonoteka şöbəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü və 18 Sentyabr Milli Musiqi günü münasıbətilə “Üzeyir musiqisinin işığında” başlığı altında sərgi təşkil olundu.

Musiqi-not fonoteka şöbəsinin böyük kitabxanaçısı Nabat Şükürova Üzeyir Hacıbəylinin Azərbaycan və Dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri haqqında iştirakçılara geniş məlumat verdi.

Sərgidə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş, eləcə də digər dünya şöhrətli bəstəkarlarımızın, musiqiçilərimizin əsərləri, onlar haqqında dərc olunmuş kitab, qəzet və jurnal materialları nümayiş olundu.