26.07.2023
26.07.2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzində mərkəzin kurs tələbələrinin əl işlərindən ibarət sərgi təşkil edildi.
Sərgidə Mədəniyyət Mərkəzində təhsil alan rəssamlıq kursunun tələbələrinin işlədikləri təbiət mənzərələrindən ibarət tablolar və dekorativ sənət dərnəyinin tələbələrinin əl işlərindən ibarət dekorativ sənət nümunələri nümayiş etdirildi.