Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İki qurbağa” mənzum nağılının tamaşası nümayiş olunub

24.07.2023

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 24.07.2023-cü il tarixində “Nağıl saatı” layihəsi çərçivəsində uşaqların sevimli yazarı Gülzar İbrahimovanın “İki qurbağa” mənzum nağılının tamaşasını nümayiş etdirdi. Uşaqlar maraqla və sevinclə nağıl-tamaşanı izlədilər. Nağılın personajları ilə rəqs edib, əyləndilər. Sonda nağılın müzakirəsi keçirildi. Gəncə şəhər 32 saylı Körpələr evi uşaq bağçanın kollektivi belə bir tədbir təşkil etdikləri üçün filialın əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.

 

967.8 KB