Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Düzgün və qərəzsiz”adlı söhbət keçirilib

24.07.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 22.07.2023-cü il tarixində Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar “Düzgün və qərəzsiz”adlı söhbət keçirildi.

İlk olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə 1saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinin könüllüləri iştirak etdilər.

Tədbirdə görkəmli jurnalist Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının bütün dövrlərdə həqiqət carçısı olmasından, milli və bəşəri dəyərlərdən bəhs edilib.

 

 

131.4 KB