Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəlbimizdə yaşayanlar” kitabının təqdimatı keçirilib

24.07.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət  şöbəsində şair Esmira Günəşin 44 Günlük VətənMüharibəsi, II Qarabağ döyüşlərində canlarını fəda etmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Qəlbimizdə yaşayanlar” kitabının təqdimat  mərasimi təşkil edilib. Esmira Günəşin yeni nəşr olunmuş kitabında Azərbaycanın bir çox bölgələrindən olan  şəhidlərimizə aid şeirlər yer almışdır ki, bu günki tədbirdə onlardan Gəncə, Şəmkir, Daşkəsən  bölgələrindən olan şəhidlərin valideynləri iştirak edirdi. Hər şəhidin əzizi çıxış edərək övladları  haqqında göz yaşları içində xatirələrini bölüşdülər və şair Esmira Günəş yeni kitabından hər  şəhidə aid şeirini ifa etdi,görüşdüyü şəhid ailələri ilə bağlı təəsüratlarını iştirakçlarla bölüşdü. 

 

113.9 KB