21.07.2023
Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialında 21.07.2023-cü il tarixdə kitabsevərlər
üçün “Azərbaycan ədəbiyyatının klassikləri” başlıqlı sərgi təşkil etdi. Sərgidə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov və digər Azərbaycan klassiklərinin kitabları nümayiş olundu. Oxucuları maraqlandıran hər bir sual kitabxana əməkdaşları tərəfindən məlumatlandırıldı. Sərgi oxucular tərəfindən rəğbətlə qarşılandı.