Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Kukla Teatrında yeni teatr mövsümünün açılışı

18.09.2018

Gəncə Dövlət Kukla Teatrı özünün 33-cü teatr mövsümünü Əhməd Orucun “Zınqırovlu pişik” əsəri ilə açdı.

Tamaşadan əvvəl Kukla Teatrının direktoru Əməkdar artist Fərmail Paşayev çıxış edərək yeni Teatr mövsümü münasibəti ilə tamaşaçıları təbrik etdi.

Sonra, teatrın quruluşçu rejissoru Şamil Məmmədovun, rəssamlar Sara Məmmədovanın və Təranə Cəfərovanın hazırladıqları “Zınqırovlu pişik” əsəri təqdim olundu.

Rolları respublikanın Əməkdar artisti Xudayət Əsgərov, aktyorlar: Zülfiyyə Əliyeva, Elmar Vəliyev, Səməd Xanəhmədov, Nərmin Şərifova ifa etdilər.

Tamaşa maraqla qarşılandı.