17.07.2023
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Göygöl rayonunda keçirilən silsilə təbdirlər çərçivəsində Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Göygöl şəhərində yerləşən alman “Lüteran” kilsəsində kamera orkestrinin ifasında konsert proqramı təşkil edilmişdir.
Konsertdə Azərbaycan və xarici bəstəkarların musiqiləri səsləndirilmişdir.