17.07.2023
Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evində Qaraçinar kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli"ilə əlaqədar "Mədəniyyətə bağlı ömür"adlı dəyirmi masa təşkil olunub.
Dəyirmi masada mədəniyyət evlərinin əməkdaşları,müəllimlər və tələbələr iştirak etmişdir.İlk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Şəfəq kənd Mədəniyyət evinin direktoru acmış, qonaqları salamlamış və Heydər Əliyevin həyat yolundan siyasi fəaliyyəti haqqında geniş məruzə etmişdir.
Cıxış edənlər Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra mədəniyyət sahəsinə və mədəniyyət nümayəndələrinə,milli-mənəvi dəyərlərinmizə,tarixi abidələrimizə xüsusi qayğı göstərərək misilsiz xidmətləri olduğunu qeyd etmişdir.
Məktəblilərin ifasında Heydər Əliyevin kəlamları səslənmiş,və Ulu öndərə həsr olunmuş foto guşəyə baxış keçirilmişdir.