Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nağıllar aləminə səyahət” başlığı altında nağıl saatı keçirilib

17.07.2023

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 15.07.2023-cü il tarixində uşaqları kitabxanaya cəlb etmək və onların mütaliəyə marağını artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Nağıllar aləminə səyahət” başlığı altında nağıl saatı keçirildi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan xalq nağılları və tanınmış yazıçı Gülzar İbrahimovanın “Dostlaşmış nağıllar” kitablarından nağıllar səsləndirildi.

Tədbirdə iştirakçılar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söylədilər.

 

82.4 KB