Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəlin kitab oxuyaq”başlığı altında açıq havada tədbir təşkil edilib

17.07.2023

Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı kitabxana filialında yay mövsümi ilə bağlı oxucularımızın asudə vaxtlarının səmərəli keçirilməsi üçün “Gəlin kitab oxuyaq”başlığı altında açıq havada tədbir təşkil edildi.

Tədbirdə ümümmilli liderimiz Heydər Əliyevlə bağlı, dünya şöhrətli şairimiz Nizami Gəncəvi, tariximiz və şəhidlərimiz, incəsənətlə , uşaq dünyası  və sairə kitablar məktəblilərlə birgə müzakirə edildi.

Oxucular kitablar,onları yazarlarla bağlı müxtəlif sualları kitabxanaçılarımıza ünvanladılar. “Yay məktəbi” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi oxucular tərəfindən rəğbətlə qarşılandı. İştirakçılar uşaqların və geniş oxucu kütləsinin yay tətilinin səmərəli keçməsində göstərdikləri xidmətə görə kitabxanaçılara öz razılıqlarını biıldirirlər. Bu tədbirləri keçirməkdə məqsədimiz oxucuların asudə vaxtlarını kitabxanaya cəlb etmək və onların kitaba marağının artırılması idi.

 

167.3 KB