17.07.2023
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialında 14.07.2023-cü il tarixdə "Uşaqların nağıl aləmi" adlı kitab sərgisi keçirildi.
İlk olaraq uşaqlara sərgidə nümayiş olunan kitablar haqqında məlumat verildi.Sərgidə nümayiş olunan "Əlcək", "Boz pişik və qara pişik", "Paslı qılınc", "Slavyan gözəlinin hekayəti", "Ağ atlı oğlan", "Daşdəmir", "Bomba", "Dovşan oğlan", "Tülkünün kələyi", "Cığal sərçə","Xarəzm gözəlinin hekayəti", "Turp","Üç öyüd" və bir çox nağıllar kiçik yaşlı uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.