Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Filarmoniyasında maraqlı konsert

17.09.2018

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 18 Sentyabr Milli Musiqi gününə həsr olunmuş konsert təqdim olundu.

Konsertdən əvvəl Milli Musiqi günü haqqında dahi bəstəkar, Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətləri olan, alim, yazıçı, publisist və siyasi xadim kimi çoxsahəli fəaliyyət göstərən, Şərqdə ilk operanın banisi kimi tanınan Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verilmişdir.

Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin, Dövlət Kamera Orkestrinin və xor kollektivinin maraqlı konsert proqramı Gəncə musiqisevərləri tərəfindən maraqla qarşılanmışdır.