14.07.2023
13.06.2023-cü il tarixdə Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Mir Cəlal Paşayev Ev muzeyinin təşkilatçılığı ilə "Sevgisi Vətən olanlar" adlı tədbir keçirildi.
Tədbirdə Şəhid valideyinləri, Gəncə Yazıçılar Birliyinin sədri şair Xəzangül Hüseynova, şair Aləmzər Əlizadə, yazıçı publisist Qərib Mehdi, Əməkdar Mədəniyyət işçisi şair , publisist Bəxtiyar Muradov , Gəncə Uşaq İncəsənət məktəbinin müəllim və şagirdləri iştirak edirdilər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın yad olunması ilə başladı. Şair Bəxtiyar Muradov çıxış edərək şəhidlərə həsr olunmuş şeirini söylədi.
Tədbirin bədii hissəsində Gəncə Uşaq İncəsənət məktəbinin müəllim xanəndə Cəvahir İsmayılova "Şuşanın dağları və "Qarabağ Şikəstəsi "ni, məktəbin şagirdi İlahə Əliyeva " Xudayar təsnifinin" və "Azərbaycan " mahnısını ifa etdilər.
Eyni zamanda məktəbin şagirdləri İradə Əliyeva "Azad Azərbaycan " və Oruclu Nəzrin "Azərbaycan " şeirlərini söylədilər.