Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

13.07.2023

12.07.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət Idarəsi Samux rayon Mədəniyyət Mərkəzində Tovuz döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İlk öncə tədbirdə  ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, digər zabit və əsgərlər haqqında video-çarx nümayiş etdirilib.

Çıxış edənlər qeyd ediblər ki, 2020-ci il iyul ayında erməni silahlı qüvvələrinin təcavüzünə cavab olaraq başlanılmış Tovuz döyüşləri xalqımızın, eləcə də ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandan cənab İlham Əliyevin  ətrafında daha sıx birləşməsinə zəmin yaratmışdır. Bu döyüşlərdə qazanılan qələbədən sonra təcavüzkar erməni birləşmələrini hər an acı məğlubiyyətə düçar etməyə qadir olan güclü bir ordumuzun  olduğuna xalqımızın inamı daha da artdı. Bunu 44 günlük müharibədə qazanılan qalibiyyət bir daha sübut etdi.

 

88.2 KB