13.07.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 12.07.2023-cü il tarixində Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin 100 illiyi ilə əlaqədar “Böyüklük heykəlidir Dədə Heydər” adlı tədbir keçirtdi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə “Böyüklük heykəlidir Dədə Heydər” adlı videoçarx nümayiş edildi.