Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər Unudulmur” adlı tədbir keçirilib

12.07.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Şəfəq Mədəniyyət Evində Qaraçinar, Borsunlu Medeniyyet Evləri və Kələk, Şıxlar, Nadirkənd Klublarının birgə təşkilatçılığı ilə əslən Kəlbəcər rayonundan olub Goranboy rayonunda doğulan

2022-ci il Sentyabrın 12-dən-13-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti leytenant Şirinov Ömər Muğan oğlunun əziz xatirəsinə həsr edilmiş "Şəhidlər Unudulmur" adlı tədbir keçirilmişdir.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Ömər Muğan oğlu Şirinov Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən Şəhid olmuşdur.

14 sentyabr 2022-ci il tarixində Şəhid Ömər Şirinov böyük izdihamla Zeyvə kənd qəbristanlığında dəfn edilmişdir.

Mədəniyyət işçiləri ilk öncə Zeyvə kənd qəbristanlığına gələrək Şəhidimizin məzarı önünə tər qərənfillər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişdilər.

Tədbir Şəfəq kənd Mədəniyyət Evində davam etdirilmişdir.

Tədbirdə Mədəniyyət işçiləri, Şəhid ailə üzvüləri və yaxınları iştrak etmişdir.

İlk öncə torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən Mədəniyyət işçisi Elçin Tağıyev bildirdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab Ilham Aliyevin müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq Respublikamızın hər yerində Şanlı Qələbəmiz ilə nəticələnən 44 günlük Vətən Müharibəsində, Sentyabr hadisələri, Aprel döyüşlərində və ümumilikdə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən qəhrəman Şəhidlərimizin ailələrinə, döyüşlərdə şücaət göstərərək qazi olan şəxslərə daim diqqət və qayğı göstərilir.

Goranboy rayonunda da bu kateqoriyadan olan insanlar diqqət və qayğı ilə əhatə olunurlar.

Elçin Tağıyev Şəhid ailə üzvlərinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi adından dərin hüzünlə başsağlığı vermiş Şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə səbir dilədi.

Bildirdi ki, Şəhidlər heç vaxt unudulmur, nə qədər Xalqımız var Şəhidlərin əziz xatirəsi daim yaddaşımızda yaşayacaqdır.

Sizlər həmişə hər birimiz üçün əzizsiniz.

Çıxış edən Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahire Imanova bildirmişdir.

Şəhid ailələrinin ziyarətlərində həmin ailələrin ölkəmiz üçün nə qədər dəyərli olmasını bildirmək, onları yad etmək böyük əhəmiyyət daşıyır. Şəhidlərin xidməti heç nə ilə ödənməz. Onlar dövlətimizin ikiqat vətəndaşlarıdır.

Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova çıxış edərək bildirdi ki, Himnimizin sözlərində deyildiyi kimi, "Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu". Şəhidlərimiz də öz canlarından, yaşamaq hüquqlarından keçərək, vətənimizin bütövlüyü uğrunda vuruşdular. Şəhid, veteran və qazi ailələrinin ziyarət olunması, onlara qayğı göstərilməsi çox böyük əhəmiyyətə malikdir. Bu, həm də gənc nəslə şəhidlərimizi unutdurmamaq üçün vacibdir. Ümid edirəm ki, digər dövlət qurumları da bu prosesə qoşulacaq və həmin ailələrin problemlərini həll etmək üçün səy göstərəcəklər".

Şəhid atası Muğan Şirinov onlara göstərilən səmimi münasibətə, problemlərinə həssaslıqla yanaşılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab Ilham Aliyevə və Birivci Vitse-Preziden Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdi.

Bununla yanaşı onların ailəsinin ziyarətində əməyi keçən Mədəniyyət işçilərinə səmimi təşəkkürünü ifadə etdi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

 

180.9 KB