Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qarşılıqlı yardım və dostluq

18.09.2018

Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 sentyabr 2018-ci il tarixində Bakının azad edilməsinin 100 illiyinə həsr edilmiş “Qarşılıqlı yardım və dostluq” adlı tədbir keçirilmişdir.

Tədbir Türkiyə və Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlandı. Tədbiri muzeyin elmi işçisi Nərmin Vəliyeva açaraq bildirib ki, 15 sentyabr 1918-ci il tarixində tərkibində Azərbaycan korpusunun da olduğu Qafqaz İslam Ordusu türk baş komandanı Nuru Paşanın başçılığı ilə Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak işğalından azad etmişdir. Bakı azad edildikdən sonra Azərbaycan Demokratik Respublikası Gəncədən Bakıya köçmüşdür.

Azərbaycanın müstəqilliyi təmin edilmiş və ermənilərlə bolşeviklərin Bakıda və ətraf rayonlarda hökmranlığına son qoyulmuşdur.

Beləliklə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsi başlanmışdır. Uzun illər keçsə də, türklərin qardaş köməkliyi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmur və dərin minnətdarlıq hissi ilə xatırlanır.