12.07.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında məktəblilərin yay tətili günlərinin səmərəli keçirilməsi və kitabxanaya cəlb edilməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Ədəbiyyatının görkəmli nümayəndəsi Qasım Bəy Zakirin “Təmsillər, hekayələr” kitabının təqdimatı keçirildi. Tədbirdə qeyd edildi ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasım Bəy Zakirin təqdim olunan bu kitabında ədibin şıfahi xalq yaradıcılığının zəngin mənbələrindən istifadə etməklə qələmə aldığı təmsillər və hekayələr yer almışdır. Kitabda oxuculara təqdim olunan təmsillər əxlaqi-tərbiyəvi xarakter daşıyır. Hekayələrdə isə səbrli, sadiq, tədbirli olmaq kimi insani xüsusiyyətlər ön plana çəkilir.
Tədbirdə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin tarix müəllimi Sevinc Əhmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülşən Hüseynova, İngilis dili müəllimi Samirə Hüseynova çıxış edərək belə bir kitabın təqdimatını məktəblilərin bədii zövqlərinin düzgün inkişafı baxımından yüksək qiymətləndirdilər. Sonra təqdim olunan kitaba daxil olan “Dəvəsi itən adam” başlıqlı təmsil oxundu və müzakirə olundu.