12.07.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət evində Şəfəq kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinə həsr olunmuş "Vətən sərhəddən başlayır"adlı dəyirmi masa təşkil edilib. Dəyirmi masada Mədəniyyət evinin əməkdaşları,Qaraçinar kənd İcra nümayəndəsi, müharibə veteranları və şəhid ailəsi iştirak etmişdir.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və uca allahdan şəhidlərimizə rəhmət diləmişdir. Tovuz döyüşləri zamanı şəhid olmuş general -mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev haqqında geniş məlumat vermişdir.Tədbirin sonunda məktəblini ifasında vətənpərvərlik mövzusunda şeir parçaları səslənmişdir.