12.07.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evi Şəfəq kənd Uşaq bağçasında "Bizim nağıl dünyamız"adlı nağıl saatı keçirdi.
Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova uşaqlara məlumat verərək bildirib ki, nağıllarımız, nağıl qəhrəmanlarımız, sözün həqiqi mənasında, xalqımızın həyat tərzindən,dünya görüşündən,zəngin mənəvi dünyasından xəbər verir.
Azərbaycan nağıllarının təbliği ölkəmizdə yüksək səviyyədə həyata keçirilir.Nağıl saatında "Yalançı çobanın"nağılı danışılmış və onun ətrafında sual cavab olunmuşdur.Tədbirin sonunda fəal uşaqlara kiçik hədiyyələr təqdim olundu.