Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dillən telli sazım” adlı tədbir təşkil edilib

10.07.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 09.07.2023-cü il tarixində Aşıq, şair Xudiyev Bayraməli Abbasəli oğlunun anadan olmasının 125 illiyi münasibətilə “Dillən telli sazım” adlı tədbir təşkil etdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salan, qəzəllərini və hekayələrini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyan Xəstə Bayraməlinin Azərbaycanda, qardaş Türkiyədə və İranda dərc olunan kitabları haqqında da məlumat verildi. İştirakçılar tərəfindən şairin şeirləri, qəzəlləri səsləndikdən sonra “Ozan aşıq dünyası” adlı videoçarx nümayiş edildi.

 

81.8 KB