10.07.2023
Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı kitabxana filialı 08.07.2023 –cü il tarixində Vətən müharibəsi şəhidi Elnur Təvəkkül oğlu Abdullayevin anadan olmasının 40 illiyi ilə əlaqədar “Arzuları yarımçıq qalan ömür” başlığı altında xatirə günü keçirib.
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Vətən müharibəsi şəhidi Elnur Abdullayevin həyat yolundan və onun cəbhədəki döyüş qəhrəmanlığından danışıldı. Tədbirdə şəhidlər haqqında hər kəs öz fikirlərini söylədilər.Allah bütün şəhidlərimizə rəhmət eləsin.