10.07.2023
10.07.2023-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Kitab oxu, kitabla dost ol!” adlı söhbət keçirdi. Kitab bilik mənbəyidir! Kitab oxumaq insanı zənginləşdirir, mənəvi kamilləşdirir. Kitab mədəniyyətin ən böyük naliyyətlərindən biridir. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliyənin mühüm rol oynadığını hamımız bilirik. Gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qorumaq, onlardan səmərəli istifadə etmək lazımdır. Kitabxananın fondunda olan müxtəlif sahələri əhatə edən ədəbiyyatlar oxucuların ixtiyarına verildi. Kiçikyaşlı oxuculara isə rəngarəng nağıllar, şeir kitabları təqdim olundu. Oxucular bədii ədəbiyyatla böyük maraqla tanış oldular. Azərbaycan, rus və ingilis dillərində olan uşaq ədəbiyyatı kitabxanaya daimi gələn balaca oxucuların maraqlı vaxt keçirməsində böyük rol oynayır. Sonda oxucular evdə mütailə etmək üçün kitablar götürdülər.