Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əməkdar mədəniyyət işçisi, tanınmış şair-dramaturq Xəzangül Hüseynovanın kitablarının təqdimatı keçirilib

08.07.2023

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə 07.07.2023-cü il tarixdə AYB Gəncə bölməsində AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, tanınmış şair-dramaturq Xəzangül Hüseynovanın kitablarının təqdimatı keçirildi.

Tədbiri Əməkdar jurnalist, görkəmli yazıçı Qərib Mehdi açaraq torpaqlarımız uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

 Şair və yazıçılardan Rəfiqə Sadıqova, Bayram Apoyev, Aydın Murovdağlı, Saleh Qurbanov, İnqilab İsaq, Aləmzər Əlizadə, Ümbülbanu, Cavanşir Atəş, Zahir Şirani, Vüsal Hicran, Zülfiyyə Yaqub, Eltun Türkel, Gülnarə Sadiq, Mələk İsmayıl, Minayə Abdullayeva, Lətif Zərgər, Fatimə Kalışqızı, Eldar İsayev, Bəxtiyar Muradov Xəzangülün “Göy dili” və “Yapon şeir formaları və düşüncələr” kitabları haqqında xoş təsüratlarını bildirdilər, müəllifi yeni kitabları münasibətiylə təbrik etdilər.

AMEA-nın Gəncə bölməsinin nümayəndəsi Əlimuxtar Muxtarov, jurnalistlərdən Firəngiz İdrisqızı, Fatma Cəfərova, Mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşları, Mir Cəlal Paşayev ev muzeyinin direktoru İradə Paşayeva həmin idarənin bələdçisi Dilbər Orucova, 43 saylı orta məktəbin keçmiş şagirdi Aqşin Əsgərli, aktyorlardan əməkdar artist Rahilə Məmmədova, Mətləb Təhmazi, Günay Xanlarqızı, İmişlidən gələn şair Valeh Bahaduroğlu şairin yaradıcılığından nümunələr söyləyib ona yaradıcılıq uğurları arzuladılar.

 

1.6 MB