Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan kinosu – 120

18.09.2018

Goranboy rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın, Mədəniyyət Mərkəzinin işçiləri birlikdə Heydər Əliyev Mərkəzində Azərbaycan kinosunun 120 illiyi münasibətilə tədbir keçirdilər.

Tədbiri Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev açdı.

Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova kino yaradıcılığı işinin uğurlu təşkili və kino işçilərinə dövlət qayğısından ətraflı danışdı.

MKS-nin direktoru Gülnarə Nəsibova Azərbaycan kinosunun yaranma tarixindən bu günə kimi keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs etdi.

Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, 4 №li Şəhər kitabxanasının işçisi Kəmalə İsmayılova, Şəhər İncəsənət Məktəbinin müəlliməsi Səbinə Mustafayeva qeyd etdilər ki, “Yeddi oğul istərəm”, “Fəryad”, “Qatır Məmməd” filimləri Goranboy rayonunda çəkilib.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirildi.