Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yay tətilini kitablarla keçirək” başlığı altında kitab sərgisi təşkil edilib

05.07.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsi 04.07.2023-ci il tarixində məktəblilərin yay tətilinin səmərəli keçirilməsi məqsədilə “Yay tətilini kitablarla keçirək” başlığı altında kitab sərgisi təşkil etdi. Sərgidə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini mərhələlərlə əks etdirən çap əsərləri, Qarabağın tarixi haqqında olan kitablar, Azərbaycan və dünya ədəbiyyatı yazıçılarının əsərlərindən nümunələr və eləcədə kiçikyaşlı uşaqlar üçün Azərbaycan rus və ingilis dillərində nağıllar nümayiş olundu. Sərgi haqqında ümumi məlumat verən şöbənin  baş kitabxanaçısı Aytən Əliyeva həmçinin qeyd etdi ki,sərgini keçirtməkdə məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək və onları mütaliəyə həvəsləndirməkdir.

 

139.3 KB