25.06.2023
26.06.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində Xocalı rayon İcra Haki- miyyətinin və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq dəyirmi masa ətrafında “Ordum varsa yurdum var” adlı ümumrayon tədbiri keçirilib. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbə müdiri Lamiyə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov, Xocalı rayon Mədəniyyət evinin, Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin, Xocalı rayon MKS-nin, Xocalı şəhər 3 və 5 nömrəli klublarının, Xocalı rayon Cəmilli və Meşəli kənd klublarının rəhbərləri və işçiləri, şəhid ailələri, qazilər, müharibə veteranları, rayon idarə, müəssisə, təşkilat rəhbərləri və işçiləri, rayon ictimaiyyəti iştirak
etdilər. İlk öncə əziz şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən iştirakçılar qeyd etdilər ki, regionun ən qüdrətli ordusu – Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş, torpaqlarımızı düşmən işğalından azad etmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrlərini dərhal və uğurla yerinə yetirən Şanlı Ordumuz Qarabağdan zəfər müjdəsini vermişdir. 44 gün sürən Vətən müharibəsi hər bir azərbaycanlının yaddaşında qürur mənbəyi kimi xatırlanacaqdır. Bu gün vətən uğrunda can alıb can verən igid oğullarımızın bayramıdır. Torpaq uğrunda şəhid olan, qazi olan hər bir qəhrəman qədirbilən Azərbaycan xalqının qəlbində əbədiyyən yaşayacaqdır. Vətən uğrunda “bir ölüb min diriləcəyik”, hələ neçə-neçə Yusiflər, Çingizlər, Salatınlar, Mübarizlər, Fəridlər, Poladlar, Xudayarlar doğulacaq və onların timsalında şəhid olan igidlərimizin müqəddəs ruhları bu məmləkət üzərində şad dolanacaqdır.