Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Silahlı Qüvvələrin yaranmasının 105-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

03.07.2023

26 iyun 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Nümayəndəliyinin baş məsləhətçisi Aqil Bayramovun, MİHİ Naftalan şəhər Komitəsinin sədri Sücayyət Salehovanın dəstəyi və Naftalan şəhər uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Tərtər rayon"N"saylı hərbi hissədə "Silahlı Qüvvələrin yaranmasının 105-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.İlk öncə torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,Azərbaycanın himni səsləndirilib. Məktəbin fortepiano müəllimi Naftalan səhər usaq musiqi məktəbinin Həmkarlar İttifaqı Komitəsinin sədri,Şəhid ailələrinin hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri,Şəhid Bəxtiyar Aslanovun anası Tünzalə Zöhrabova Azərbaycan Ordusunun bütün zabit və əsgərlərini  bayram münasibətilə təbrik edib,sonra məktəbin bir qrup müəllim və şagirdlərinin çıxışı ilə bayram konserti keçirilib.Sonda tədbir təşkilatçıları hərbi hissə komandanlığı tərəfindən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəlməsində fəal iştirakına və göstərdikləri dəstəyə görə Fəxri Fərmanla təltif olunublar.
Daha sonra tədbir iştirakçıları Goranboy rayon Balakürd kəndində yerləşən Şəhidlər Xiyabanını və şəhid Bəxtiyar Aslanovun məzarını ziyarət ediblər

 

98.8 KB