Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalq rəqslərimiz milli sərvətimizdir” adlı konsert keçirilib

26.06.2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Uşaq İncəsənət məktəbinin müəllimi Şərifova Vüsalənin sinfində “Xalq rəqslərimiz milli sərvətimizdir” adlı konsert keçirilmişdir. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Konsertdə Azərbaycan xalq rəqslərinin fortepiano işləmələrini şagirdlər nağara ilə birgə ifa etmişlər. Həmçinin müxtəlif rəqslərdə tar, qarmon, kamança ilə triolar hazırlanmışdır. Rəqs sinfinin şagirdləri tərəfindən isə rəqslər nümayiş olunmuşdur. Sonda məktəbin direktoru Təvəkkül Hüseynli müəllim və şagirdləri təbrik etmişdir. Onlara bol- bol uğurlar və nailiyyətlər arzu etmişdir.

 

112.4 KB