Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müzakirə

17.09.2018

Gəncə şəhəri MKS-nin 11 saylı kitabxana filialında Azərbaycan yazıçısı, ssenarist İsa Muğannanın “Məşhər” romanının kitab müzakirəsi keçirildi.

Tədbiri filialın müdiri Esmira Həsənova açaraq yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.

Daha sonra kitabxananın fəal oxucuları ilə İsa Muğannanın “Məşhər” kitabının müzakirəsi aparıldı.

Müzakirədə əsərdə baş verən hadisələrdən söhbət açıldı. “Məşhər” İsa Hüseynovun ən yaxşı romanlarından biridir. Bu tarixi romanda müəllif çox şeyləri sübut etdi. Müzakirədə romanda baş verən Nəsimi ilə Əmir Teymurun görüşməsinin yanlış tarixi fakt olması müzakirə obyektinə çevrildi.

Tədbirdə həmçinin, yazıçının kitablarından ibarət sərgi nümayiş olundu.

Müzakirədə məqsəd ədəbi təfəkkürümüz üçün əvəzsiz sayılacaq bu əsəri bir daha sevdirmək və oxucu kütləsinin diqqətinə çatdırmaqdır.